Bu smartfon ilk dəfə tərəflər...

Bu smartfon ilk dəfə tərəflər...
08:05 30 May 2017
Ölkə mətbuatı
A- A+

Yeni texnologiyaya keçid cəsarət tələb edir. Bu il böyükölçülü "OLED" displey yeni "iPhone" smartfonunda əsas özəllik olacaq. İlk dəfə olaraq "Apple" şirkətinin istehsalı olan smartfonda displey bütün ön paneli zəbt edəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "DigiTimes" analitik şirkətinin məlumatına əsasən, "Apple"ın yubiley smartfonu şirkətin tarixində ilk dəfə olaraq tərəflər nisbəti 18:9 olan "OLED" displeylə təchiz ediləcək. Belə tərəflər nisbəti 5,8 düymlük diaqonala malik "iPhone 8" smartfonunun ön panelindəki sahədən daha səmərəli istifadəyə imkan verəcək.
 
Məlumat üçün bildirək ki,  "LG G6", "Samsung Galaxy S8" və 2017-ci ildə təqdim edilmiş "Galaxy S8+" smartfonları 18:9 formatlı ekranla təchiz edilib. "iPhone" smartfonunun başqa modellərində tərəflər nisbəti 16:9 təşkil edir.
 
"Apple" şirkəti displeyin çərçivəsinin ölçüsünü kiçiltməklə daha geniş formata nail olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/549012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR