Moskvada qasırğada ölənlərin sayı 13 nəfərə çatıb - FOTO

Moskvada qasırğada ölənlərin sayı 13 nəfərə çatıb - FOTO
08:12 30 May 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bazar ertəsi Moskva şəhəri və vilayətində baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, son məlumatlara görə, Odintsova şəhərində üzərinə ağac düşən 86 yaşlı kişi dünyasını dəyişib.
O, qarın nahiyəsindən küt travma alıb və onurğa sütununun bel hissəsi qırılıb. Kişi xəstəxanaya aparılarkən yolda keçinib.
Bundan əvvəl qasırğa nəticəsində 137 nəfərin xəsarət aldığı xəbər verilmişdi.
Hazırda kommunal təsərrüfat işçiləri təbii fəlakətin fəsadlarını aradan qaldırmaqla məşğuldurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR