Trampın “tvit”ləri redaktədən keçəcək

Trampın “tvit”ləri redaktədən keçəcək
08:12 30 May 2017
Ölkə mətbuatı
A- A+

Ağ Ev prezident Donald Trampın "tvit"lərini qabaqcadan yoxlamaq üçün hüquqşünaslar qrupu ilə əməkdaşlıq etməyi planlaşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hazırda bu təşəbbüs nəzərdən keçirilir. Hüquqşünaslar Trampın "tvit"lərini "Twitter"ə yerləşdirilməzdən əvvəl oxuyacaq və lazım gəldikdə, korrektələr edəcək.  
 
Qeyd edək ki, prezident Tramp "Twitter"dən səhərlər ölkəni salamlamaq, düşmənlərini məsxərəyə qoymaq, aktual məsələlərə qısa münasibətini bildirmək, son xəbərləri şərh etmək məqsədilə istifadə edir. Lakin bir çox hallarda onun "tvit"ləri ilə Ağ Evin rəsmi açıqlamaları arasında ziddiyyət olur. Trampın "Twitter"dən bu cür intensiv və nəzarətsiz şəkildə istifadə etməsi ölkədə, o cümlədən onun partiyadaşları olan respublikaçılar arasında narazılıqla qarşılanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR