Niyə yas məclislərində Quran oxunur?

Niyə yas məclislərində Quran oxunur?
08:27 30 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Quran bütün insanların müqəddəs kitabıdır. Həm ölülərin, həm də dirilərin ona ehtiyacı var. Əlbəttə, Quranı yalnız yas məclisləri ilə məhdudlaşdırmaq düzgün deyil. Lakin bu o demək deyil ki, Quranı ölülər üçün oxumaq olmaz.

Milli.Az islam.az-a istinadən bildirir ki, Quran oxunuşunun ölülərə faydası bu şəkildə olur ki, Quranı oxuyan adam təbii ki, savab qazanır. O, könüllü surətdə bu savabı mərhum adamın ruhuna bağışlayır. Beləliklə, yas məclisində və ya məzarlıqda Quran oxunan zaman həm dirilər, həm də ölülər fayda alırlar. Dirilər Qurana qulaq asıb, ayələrin mənasını bir daha yadlarına salır və ibrət alırlar. Ölülər də bunun savabını hədiyyə olaraq dirilərdən alırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR