Namazda təkbir deyərkən əlləri yuxarı qaldırmaq vacibdirmi?

Namazda təkbir deyərkən əlləri yuxarı qaldırmaq vacibdirmi?
08:57 30 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Namazda cəmi bircə dəfə təkbir (Allahü əkbər) söyləmək vacibdir. Bu, namazın əvvəlində deyilən "təkbirətül-ehram"dır. Bu təkbiri söylədikdən sonra namaz başlamış olur. Bundan əlavə, hər bir namaz əməlinin əvvəlində və sonunda da təkbir söyləmək müstəhəb sayılır.

Milli.Az islam.az-a istinadən bildirir ki, nəkbirləri söyləyərkən əlləri yuxarı qaldırmaq və qulaq bərabərinə çatdırmaq müstəhəbdir. Cəfəri məzhəbinə görə, təkbirlər aram halda deyilir, yəni təkbir söyləyərkən bədən aram və sakit halda olmalıdır. Əhli-sünnə məzhəbinə görə isə, hər bir namaz əməlinə keçərkən hərəkət halında təkbirlər deyilir. Hər bir halda, birinci təkbirdən başqa bütün təkbirləri söyləmək və həmçinin, bu zaman əlləri yuxarı qaldırmaq vacib deyil, müstəhəbdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR