Zukerberq ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış

Zukerberq ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış
09:05 30 May 2017
Ölkə mətbuatı
A- A+

"Facebook" sosial şəbəkəsinin banisi Mark Zukerberqin uşaqlığı ilə bağlı maraqlı fakt üzə çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Markın özünün ilk sosial şəbəkəsini 10 yaşında qurduğu üzə çıxıb.
 
Həmin vaxt Nyu-Yorkda yaşayan Mark "ZuckNet" adlanan bu şəbəkədən evlərinin ikinci mərtəbəsində olan atası və bacısı ilə ünsiyyət məqsədilə istifadə edib. Daha sonra stomatoloji klinikada çalışan atası müştərilərlə ünsiyyət, onlardan sifariş qəbul etmək və onlara məsləhətlər vermək üçün "ZuckNet"dən yararlanıb.
 
Mark Zukerberq deyib ki, "ZuckNet" "Facebook"un qaralama variantı olmaqla onu yeni tərtibatlara ruhlandırıb. Bu iki layihə arasındakı aralıq mərhələ isə "AOL Instant Messenger" olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR