Azərbaycan gözəli sevgilisindən qalmaqallı şəkildə ayrılan türk bəyə namizəd oldu - VİDEO

Azərbaycan gözəli sevgilisindən qalmaqallı şəkildə ayrılan türk bəyə namizəd oldu - VİDEO
09:33 30 May 2017
123 Şou
Ölkə mətbuatı
A- A+

2016-cı ildə gözəllik yarışmasında "Azərbaycan gözəli" seçilən Günel Ağayeva Esra Erolun evlilik proqramına qatılıb.

Publika.az xəbər verir ki, G.Ağayeva Mustafa Tuncay adlı iştirakçı üçün namizəd olub. 6 aydır İstanbula köçdüyünü deyən Günel Azərbaycanda bir çox gəlinlik reklamlarına çəkildiyini, gözəllik mərkəzlərinin siması olduğunu qeyd edib.

Ceyda Kirici ilə qalmaqallı şəkildə ayrılan Mustafa Tuncay Güneli bəyəndiyini və onu gördükdən sonra onunla çay içməyə dəvət edib. Qısqanc olduğunu vurğulayan Mustafa Tuncay Günelin Azərbaycanda gözəllik yarışmasının birincisi olmasına münasibət bildirib:

“Mənimlə birlikdə olduğu vaxt gözəllik müsabiqəsibnə qatıla bilməzdi. Məndən əvvəl gözəl seçilib, bundan sonra sadəcə mənim gözəlim ola bilər”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/200608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR