Perunun nüfuzlu radiosunda 28 May - Respublika Gününə həsr edilmiş proqram yayımlanıb

Perunun nüfuzlu radiosunda 28 May - Respublika Gününə həsr edilmiş proqram yayımlanıb
09:36 30 May 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Perunun nüfuzlu “Radio Filarmonia” radio kanalında 28 May - Respublika Gününə həsr edilmiş musiqi proqramı yayımlanıb.

Bu barədə Trend-ə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Perunun Mədəniyyət Nazirliyinin “Radio Filarmonia” radiosunun 102.7 FM kanalında Azərbaycanın Respublika Gününə həsr edilmiş musiqi proqramı yayımlanıb.

Proqramın əvvəlində Azərbaycanın himni səsləndirilib, sonra Azərbaycanın Limadakı ofisinin rəhbəri Mehdi Məmmədov çıxış edərək dinləyicilərə ADR-in yaranması, quruculuq və inkişaf tarixi haqqında məlumat verib. Respublikanın musiqi mədəniyyəti haqqında ətraflı danışıb, dinləyiciləri Azərbaycanın klassik musiqisi, muğam və caz sənəti ilə tanış edib.

Gün ərzində radioda bir çox tanınmış klassik və müasir bəstəkarlarımızın, musiqiçi və müğənnilərimizin kompozisiyaları səsləndirilib. Proqramda həmçinin, Latın Amerikası və Azərbaycan ansambllarının birgə kompozisiyaları da səslənib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2760308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR