Qarabağda döyüşən qadın snayperlər – “AĞ CORABLILAR”

Qarabağda döyüşən qadın snayperlər – “AĞ CORABLILAR”
09:58 30 May 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

1990-2000-ci illərdə Rusiya ordusuna qarşı döyüşən “Ağ corablılar” adlı snayper qadınlar haqda müxtəlif rəvayətlər, əfsanələr dolaşırdı.

Publika.az
xəbər verir ki, “Ağ corablılar” Dağlıq Qarabağda, Dnestryanıda, Çeçenistanda, Gürcüstanda və digər münaqişəli ərazilərdə ruslara qarşı döyüşürdü.

Fərziyələrə görə, snayper qadınlar əsasən Baltikyanı ölkələrdən olan gənc qızlardan ibarət idi. Onlar haqda ilk məlumatlar 90-cı illərdə gürcü-abxaz müharibəsində ortaya çıxdı. Rəsmi mənbələr də bu regionda qadın snayperlərin olmasını təsdiq edirdi. O da təsdiq edilirdi ki, bu xanımlar gürcülər tərəfindən döyüşür. Lakin informasiyanın rəsmi tərəfi sadəcə bir neçə cümlədən ibarət idi. Yerdə qalanların hamısı isə tamamilə ehtimallar, şayiələrdən ibarət idi.

Şayiələrə görə, snayper qadınlar Rusiyaya nifrət edir və saatı 50 dollara muzdlu olaraq döyüşürdü.

1995-ci ildə “Kommersant” nəşri təsdiq edilməmiş məlumatlara əsas yazırdı ki, Qroznıda slavyan görünüşlü qadın snayperlər vuruşur. Daha sonra hərbiçilər Qroznıda Latviya, Estoniya və Litva mənşəli qadınların öldürülməsi haqda şayiələr yaydılar. Bu informasiyalar Dnestryanıda da yayıldı. Həm Rusiya, həm də Baltikyanı ölkələr bu informasiyaları təsdiq etmədi. Rəsmilər hesab edirdilər ki, bu, ölkələr arasında düşmənçiliyi yaymaq istəyənlərin işidir və snayper qadınlar həqiqətən mövcud olsa belə, çox güman ki, onlar Baltikaynı ölkələrə məxsus görüntü yaradan yerlilərdir.

Snayper qadınlardan biri “Lolita” ləqəbli gənc qız idi. O, 1995-2001-ci illərdə Basayevin dəstəsində xidmət edirdi. “Moskovskaya komsomolskaya” yazırdı ki, “Lolita” haqda informasiyalar geniş rezonans yaratdı. Nəşr qeyd edirdi ki, Şamil Basayev 90-cı illərdə qadın snayperlərdən ibarət dəstə yaradıb və bura Ukrayna, eləcə də Baltikyanı ölkələrdən qatılmaq istəyənlər də qəbul edilirdi. Bu dəstənin rəhbəri Basayevin doğma bacısı Mədinə idi. Ehtimallar var ki, “Ağ corablılar” onlar olub.

Federal Təhlükəsizlik Xidmətinin polkovniki S.Şarvin isə danışır ki, “Ağ corablılar” yaxşı pul üçün rus əsgərlərini vurmağa hazır olan rus qadınlar da ola bilərdi.

Heç bir halda isə “Ağ corablılar” haqda rəsmi informasiya yoxdur. Lakin çoxları Dağlıq Qarabağda, Gürcüstanda, Dnestryanıda ruslara qarşı döyüşən qadın snayperlərdən israrla danışır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/200607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR