Tarixdə bu gün nələr baş verib?

30 may 1431-ci ildə Fransanın gənc qadın qəhrəmanı Janna Dark 19 yaşında yandırılıb.

1574-cü ilin bu günü III Henri Fransa kralı olub.

30 may 1631-ci ildə ilk fransız dilli qəzet "La Gazette" nəşr edilib.

1859-cu ilin bu günü Londonda Big Ben saatının zəngi ilk dəfə çalıb.

30 may 1917-ci ildə I Aleksandr Yunanıstan kralı olub.

1941-ci ilin bu günü İkinci Dünya Müharibəsi zamanı Almaniya Kriti işğal edib.

30 may 1942-ci ildə İkinci Dünya Müharibəsi zamanı İngiltərə bombardmançıları Kölnü darmadağın edib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR