Bağdadda güclü partlayış

İraqın paytaxtı Bağdadda partlayış baş verib.

Metbuat.az bildirir ki, hadisə şəhərin mərkəzində bomba yüklü avtomobilin partladılması nəticəsində baş verib. İnsident zamanı 10 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

İŞİD terror hadisəsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Partlayışın iftardan sonra insanların küçədə çox olduğu zamanda baş verdiyi bildirilir.

Xəyalə Məmmədova / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR