Fransa səfirliyinin əməkdaşı Daşkənd yaxınlığında dağlarda qəzaya uğrayıb

Fransa səfirliyinin əməkdaşı Daşkənd yaxınlığında dağlarda qəzaya uğrayıb
10:22 30 May 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Fransanın Özbəkistandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri paraplanda uçuş zamanı Daşkənd yaxınlığında dağlarda qəzaya uğrayıb və ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Daşkənddən təxminən 70 km məsafədə yerləşən Çimqan dağlarındakı istirahət zonasında baş verib.
Diplomatik missiyasının əməkdaşının meyiti hələlik Daşkənddədir, hazırda Özbəkistanın səlahiyyətli orqanları ilə onun vətəninə göndərilməsi müzakirə edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/fransa-sefirliyinin-emekdasi-daskend-yaxinliginda-daglarda-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR