İş yerində qadınla cinsi əlaqəyə girdiyi görüntülər internetdə yayıldı - FOTO

İş yerində qadınla cinsi əlaqəyə girdiyi görüntülər internetdə yayıldı - FOTO
10:22 30 May 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda intim görüntülərlə şantaja görə saxlanılanlar var.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Turqutluda 37 yaşlı K.D. iş yerində bir qadınla cinsi əlaqəyə girərkən çəkilən təhlükəsizlik kamerası görüntülərini ələ keçirən 3 nəfərin onu şantaj edib, pul almağa çalışdığını irəli sürərək, keçən ilin 18 may tarixində polisə şikayət edib. K.D.-nin şikayətindən sonra 2016-cı ilin 26 aprel tarixində çəkildiyi təyin olunan bu görüntülər Turqutludakı bir yerli saytda yayılıb.

Polis görüntülərdə K.D. ilə intim əlaqədə olan qadını tapıb, ifadə vermək üçün müraciət edib. Adı gizli saxlanılan qadın ifadəsində K.D.-nin cinsi əlaqəyə girdikləri görüntülərlə onu şantaj etdiyini, zinət əşyalarını almağa çalışdığını deyib. Bundan sonra polis K.D.-ni nəzarətə alıb.

K.D.-nin ifadəsindən və görünütülərin yayımlandığı saytda araşdırmaya başlayan polis istintaqı daha da dərinləşdirib. Görüntülərin yayıldığı portalın sahibi K.D.-ni şantaj etdikləri iddiasıyla saxlanılıblar.

Nəzarətə alınan 5 adam şərti olaraq sərbəst buraxılıblar.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR