Bakıda qar hazırlığı

Bakıda qar hazırlığı
10:01 8 Yanvar 2015
156 Sosial
Ölkə mətbuatı
A- A+

Gecə satlarından başlayaraq Bakıya və bir çox bölgələrə yağan qar hələlik yollarda heç bir problem yaratmayıb.

Bu barədə Nəmiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalda avtobusların qrafikində heç bir problemlər yaranmayıb. Paytaxta gələn və burdan çıxan avtobuslar adi qaydada işləyirlər.

“Bütün avtobuslar qış rejiminə hazırdır. Avtobusların şinləri təzələnib. Sürücülərə qarlı və buzlu yollarda hərəkət üçün zəncirlər verilib. Bütün avtobuslarda istilik sistemləri saz vəziyyətindədir. Bir sözlə, sərnişinlərin rahatlığı üçün bütün işlər görülüb”, - deyə Namiq Həsənov bildirib.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, hələlik dağlıq rayonlarda qar çox olduğu üçün müəyyən çətinliklər var. Lakin hərəkət dayanmayıb. Dağlıq rayonlardan gələn avtobuslar və ora gedən marşurutların da qrafikində pozulmalar qeydə alınmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR