Çimərliklərin yararlılığını təyin etmək üçün dəniz suyunun yoxlanılmasına başlanıb

Çimərliklərin yararlılığını təyin etmək üçün dəniz suyunun yoxlanılmasına başlanıb
10:27 30 May 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycandakı çimərliklərin yararlılığını təyin etmək üçün dəniz suyunun yoxlanılmasına başlanıb.
Bu barədə “Report”a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib.
Onun sözlərinə görə, mayın 16-dan yoxlamalara başlanılsa da, qeyri-sabit hava şəraiti ilə əlaqədar analizlərin götürülməsi bir az ləngiyib: “Abşeron yarmadasının 6 inzibati rayon ərazisini, eyni zamanda respublikanın cənub və şimal zonalarını əhatə edən dəniz sularının analizi yekunlaşıb. Hazırda tədqiqat işləri davam edir. İyunun 5-nə kimi yekun nəticələr məlum olacaq”.
Qeyd edək ki, hər il mütəmadi olaraq Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə dəniz suyundan analizlər götürülür. Çimərlik mövsümü iyun ayının 15-də başlayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/cimerliklerin-yararliligini-teyin-etmek-ucun-deniz-suyunun-yoxlanilmasina-baslanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR