Şahzadələrin baxıcısı 50 min dollarlıq işindən istefa verdi

Şahzadələrin baxıcısı 50 min dollarlıq işindən istefa verdi
10:33 30 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Krallıq taxt-tacının 4-cü varisi, şahzadə Uilyam və onun xanımı Keyt Middeltonun azyaşlı uşaqları – Corc və Şarlottanın baxıcısı Sadie Rice işindən istefa verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 35 yaşlı Sadie Ricenin dayəlik vəzifəsindən istefa verməsinə səbəb işinin ağır olmasıdır.

O, iki ildir ki, şahzadələrin baxıcısı olduğunu deyib: “İki ildir ki, Corc və Şarlottanın baxıcısıyam. İlimə 50 min dollar maaş alırdım. Evin və çirkli paltarların təmizliyi, alış-veriş, yemək-içmək və digər təmizlik işlərinə mən cavabdeh idim. Bu qədər işi görmək mənim üçün çox ağır idi. Ona görə də işimdən imtina edirəm”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR