Bakıda sürücülərin gününü qara edən YÜK TAKSİLƏRİ

Sürücülər son vaxtlar yük taksilərinin paytaxt yollarında tıxac yaratmasında şikayətlənir. Ağır tonajlı bu cür avtomobillər gündüz saatların paytaxt yollarında rahat şəkildə hərəkət edir, digər avtomobillərin hərəkətinə mane törədirlər.

“Şəhərdə bütün avtomobillərə şamil olunan qaydalar onlara da aid olmalıdır”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ekspert qeyd edib ki, bununla bağlı bəzən kənaraçıxamalar olur. Səhər saat 7-dən axşam saat 22:00-a qədər 5 tondan çox ağırlığı olan avtomobillərin şəhərə girişi olmaz. O cümlədən, bu qaydalar həmin yük taksilərinə də aiddir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yol Hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə bildirib ki, hər bir xətanın özünəməxsus tələbi var. Konkret yük avtomobilləri və ya yükgötürmə qabiliyyəti 5 tondan artıq olan avtomobillərə də xətaya uyğun məsuliyyət nəzərdə tutulub.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR