Daşınmaz əmlak bazarında nələr gözlənilir?

Daşınmaz əmlak bazarında nələr gözlənilir?
10:37 30 May 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daşınmaz əmlak bazarındakı tənəzzül artıq 3-cü ildir ki, davam edir. Bu dövrdə bazara mənfi təsir edən əsas amil makroiqtisadi şərait olsa da, əlavə texniki faktorlar fərqli olub. 2017-ci ildə bazara müsbət təsir edən yeganə amil ipoteka kreditləşməsinin bərpası oldu. Bu təsir məhdud və bazarda az da olsa, müəyyən qədər aktivlik yarada bildi. Ancaq kreditləşmə bazarda dayanıqlı trend yaratmaq iqtidarında deyil, çünki onun həcmi bazara nisbətdə çox azdır.

Milli.Az xəbər verir ki, bunu daşınmaz əmlak məsələləri üzrə ekspert, iqtisadçı Rəşad Əliyev bildirib.

Ekspertin fikrincə, daşınmaz əmlak bazarında durğunluq olsa da, bu il bazara təsir edə biləcək yeni amillərin və hadisələrin ortaya çıxmasını müşahidə edilib: "Bunlar torpaq sahələrinin satışının vergiyə cəlb edilməsi prinsipinin dəyişdirilməsi və sadələşdirilmiş vergiyə cəlb edilməsi, güzəştli mənzillərin satışının başlanması, Bakıda "böyük söküntü" işlərinə start verilməsi, ölkəyə turist axınının artmasıdır".

R.Əliyev hesab edir ki, bazara əvvəlki illərdə təsir edən amillər bu il də diqqət mərkəzində olacaq: "Bunlar, bank sektorundakı ümumi vəziyyət, manatın məzənnəsi ilə bağlı gözləntilər, valyuta depozitləri üzrə aşağı faiz dərəcələri və sərt pul kredit siyasətinin bazara təsiri məsələləridir. Bazar üzrə mənfi qiymət gözləntiləri isə ən əsas amillərdən biri kimi hələ qalır".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR