Zooparkda faciə: pələng qadını parçaladı - VİDEO - FOTO

Zooparkda faciə: pələng qadını parçaladı - VİDEO - FOTO
10:37 30 May 2017
Ölkə mətbuatı
A- A+

İngiltərənin Kembricşir qraflığında yerləşən Hantinqdon şəhərindəki "Hamerton Zoo Park" zooparkında ağ Benqal pələngi qadın əməkdaşı parçalayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, pələng 33 yaşlı Roza Kinqə hücum edib.

Roza Kinq volyerdə pələnglərə ət verən həmkarına yardım etmək üçün qəfəsi açıb içəri girib. Bunu görən ağ pələng onun üzərinə atılıb.

Polis olayı araşdırır.

1990-cı ildə fəaliyyətə başlamış "Hamerton Zoo Park"da Malaziya və Benqal pələngləri, bəbirlər, canavarlar, quşlar və sürünənlər saxlanır.

Ötən il zooparkda Malayziya pələngləri üçün ayrıca volyer tikilmişdi.

2008-ci ildə zooparkdan bəbir qaçmışdı. Bəbiri evinin həyətində 9 yaşlı oğlan görmüşdü.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zooparkda faciə: pələng qadını parçaladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR