Təyyarə sərt eniş etdi: 1 hərbçi öldü, 5 yaralı var - Rusiyada

Təyyarə sərt eniş etdi: 1 hərbçi öldü, 5 yaralı var - Rusiyada
10:47 30 May 2017
30 Dünya
Ölkə mətbuatı
A- A+

Krasnodar Ali Aviasiya Məktəbi Aviabazasının An-26 təyyarəsi Saratov vilayətində sərt eniş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident nəticəsində 1 hərbçi ölüb, 5 hərbçi xəstəxanaya yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyi İnformasiya və kommunikasiya departamentinin verdiyi məlumata görə, hadisə təlim-məşq uçuşu zamanı baş verib. Təyyarə sərt enişdən sonra yanmağa başlayıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR