Özündən 20 yaş kiçik sevgilisindən tv rəhbərinə doğum günü təbriki - FOTOLAR

Özündən 20 yaş kiçik sevgilisindən tv rəhbərinə doğum günü təbriki  - FOTOLAR
10:48 30 May 2017
148 Şou
Ölkə mətbuatı
A- A+

Şeyma Subaşı Acun Ilıcalının doğum gününü orijinal formada təbrik edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma Subaşı sevgilisi Acun Ilıcanın 48 yaşı tamam olması münasibətilə qısa və romantik video hazırlayıb. O, paylaşdığı videoya “Yaxşı ki, doğuldun, mənim dünyam. Ən böyük xoşbəxtlik səbəbim və yarım... Yaxşı ki, doğdun, Acun” , - deyə qeyd edib.

Ş.Subaşının bu sözləri izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. O, daha sonra Dominikdə Acunun doğum günü tortuyla şəkillərini paylaşıb.

Qeyd edək ki, tanınmış tv rəhbəri və aparıcı sevgilisi Şeyma Subaşı ilə sentyabrda evlənməyə hazırlaşdıqlarını etiraf edib.

Xatırladaq ki, aparıcı və prodüser iki dəfə rəsmi nikahda olub. Onun ilk nikahından bir, ikinci nikahından 2 qızı var. Şeyma Subaşı ilə olan qeyri-rəsmi nikahından da daha bir qızı dünyaya gəlib. Vətəndaş nikahında yaşayan Acunun 48, Şeymanın isə 27 yaşı var.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/200626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR