Moskvada qasırğa qurbanlarının sayı 14 nəfərə çatdı

Moskvada qasırğa qurbanlarının sayı 14 nəfərə çatdı
10:50 30 May 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb. Trend-in məlumatına görə, Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilyətində həlak olması barədə məlumat daxil olub.

Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun isə hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olması barədə xəbər verib.

Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2760352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR