Ukrayna prezidenti və baş naziri Gürcüstana səfər edəcək

Ukrayna prezidenti və baş naziri Gürcüstana səfər edəcək
10:52 30 May 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Vladimir Qroysman Gürcüstana səfər etməyi planlaşdırır.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədir İrakli Kobaxidze ukraynalı həmkarı Andrey Parubiylə keçirdiy birgə mətbuat konfransda bildirib.
İnformasiyaya əsasən, onlar ümumi təhlükələrin olduğunu və müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayıblar.
Məlumata görə, 2017-ci ildə Gürcüstan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ukrayna-prezidenti-ve-bas-naziri-gurcustana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR