45 il sonra Premyer Liqada

45 il sonra Premyer Liqada
10:57 30 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasına yüksələn son komanda "Haddersfayld" oldu. 

 

Fanat.Az xəbər verir ki, "Çempionşip" "pley-off"unun finalında penaltilər seriyasında "Ridinq"i 4:3 hesabı ilə yenən "Haddersfayld" 45 il sonra güclülər dəstəsində oynamaq hüququ qazanıb. 


Komanda 1972-ci ildən bəri keçirilən premyer-liqaya ilk dəfə qatılacaq. Ölkə çempionatında 56 dəfə rəqib torunu silkələyən, 58 qol buraxan və çempionatı 5-ci pillədə başa vuran "Haddersfayld" mənfi top fərqi ilə premyer-liqaya yüksələn ilk komanda oldu. 

 

"Haddersfayl"la yanaşı premyer-liqaya yüksələn komandalar "Nyukasl" və "Bricton"du.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-45-il-sonra-premyer-liqada-t58410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR