Azərbaycanda özəlləşdirmə nəticəsində 1,1 mlrd. manatdan çox investisiya yatırılıb

Azərbaycanda özəlləşdirmə nəticəsində 1,1 mlrd. manatdan çox investisiya yatırılıb
10:57 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycanda aparılan özəlləşdirmə prosesi çərçivəsində ölkə iqtisadiyyatına 1,1 mlrd. manatdan çox investisiya yatırılıb.
“Report” xəbər verir ki, bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.
K.Həsənov özəlləşdirmə nəticəsində yeni iş yerlərinin də yaradıldığını qeyd edib: "Bizdə olan məlumata görə, özəlləşdirilən idarə və müəssisələrdə 320 mindən çox yeni iş yeri yaradılıb".
Komitə sədri deyib ki, özəlləşdirilməyə çıxarılan müəssisələrin qiymətləndirilməsi üçün müstəqil qiymətləndiricilər cəlb edilib: "Ötən müddət ərzində 35 hərrac keçirilib və nəticədə, 1 100-dən çox dövlət əmlakı özəlləşdirilib".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-ozellesdirme-neticesinde-1-1-mlrd-manatdan-cox-investisiya-yatirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR