Sərxoş tutulan milyarder idmançı: "İçməmişdim" - FOTO

Sərxoş tutulan milyarder idmançı: "İçməmişdim" - FOTO
11:05 30 May 2017
Ölkə mətbuatı
A- A+

Dünya idmanının canlı əfsanələrindən biri, məşhur qolfçu Tayqer Vuds ABŞ-ın Florida ştatında sərxoş vəziyyətdə avtomobil sürdüyü üçün saxlanılıb.

Milli.Az WPTV-yə istinadən bildirir ki, Palm-Biç şəhərində yerli vaxtla gecə saat 3 radələrində saxlanan 41 yaşlı qolfçu 7 saat sonra azadlığa buraxılıb.

T.Vuds dünya qolfunda kişilər arasında ən nüfuzlu yarış sayılan "Major" turnirlər seriyasında 14 dəfə qalib gəlib. Dünya qolfunda rekord isə 18 belə qələbəyə nail olmuş Cek Niklausa məxsusdur.

2015-ci ilin fevralında o, "formamdan narazıyam" deyərək peşəkar qolfda karyerasını başa vurmuşdu. Son illərdə o, onurğasında 3 cərrahiyyə əməliyyatı keçirib.

Tayqer Vuds son dəfə qolf meydançasına 2015-ci ilin avqustunda çıxmışdı.

2009-cü ildə o, dünyanın ilk milyarder idmançısı olmuşdu.

Tayqer Vuds bu gün rəsmi açıqlama yayaraq bəyan edib ki, Palm Biç şəhərində saxlanarkən sərxoş olmayıb.

"İctimaiyyətin diqqətinə çatdırıram ki, sükan arxasında sərxoş olmamışam. Sadəcə, həkimlərin resepti ilə qəbul etdiyim dərman preparatlarına orqanizmim qəfil, gözlənilməz reaksiya vermişdi. Heç düşünməzdim ki, qəbul etdiyim dərmanların toplusu mənə belə güclü təsir edə bilər", - bəyanatda deyilir.

Polis zabiti Kristin Raytlerin dediyinə görə, Tayqer Vuds evinin qarşısında saxlanılıb, Palm-Biç dairəsinin həbsxanasına aparılıb və orada 7 saat qalıb. Şəxsi zəmanətdən sonra o buraxılıb: "Tayqer Vuds polislərlə çox təşəxxüslü davranıb və orqanizmində alkoqolun mövcudluğunu aşkarlamaq üçün testdən imtina edib".

Florida ştatında belə davranış avtomatik olaraq saxlanma və sürücülük vəsiqəsindən məhrum edilmə ilə sonuclanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR