Əli Əhmədov: “Azərbaycanda 1,6 milyon yeni iş yerləri yaradılıb”

Əli Əhmədov: “Azərbaycanda 1,6 milyon yeni iş yerləri yaradılıb”
11:23 30 May 2017
Ölkə mətbuatı
A- A+

“Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirin müavini Əli Əhmədov bu gün Bakıda keçirilən “Yüksək səviyyəli statistiklər üçün dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair” mövzusunda seminarda çıxışı zamanı bildirib.

Ə.Əhmədov deyib ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədləri çərçivəsində ən yüksək inkişafa nail olmuş azsaylı ölkələrdən biridir:

“Bu illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizədək, təxminən 9 dəfə aşağı endirilib. On il ərzində Azərbaycanda 1,6 milyon yeni iş yerləri yaradılıb.

Hazırda Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Proqramına qoşulub. Ölkəmiz neft ixrac edən ölkələrdən biridir”.

Baş nazirin müavini qeyd edib ki, eyni zamanda, Azərbaycan hökuməti iqtisadiyyatda islahatlar aparır, qarşıya neftdən asılılığı azaltmaq kimi hədəflər qoyur:

“İnanırıq ki, Azərbaycan yeni inkişaf pilləsinə qədəm qoymaq məqsədini də uğurla həyata keçirəcək”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/200633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR