Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycan millisinə qalib gəlməsək, hazırkı mövqeyimizi qoruya bilməyəcəyik"

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycan millisinə qalib gəlməsək, hazırkı mövqeyimizi qoruya bilməyəcəyik"
11:27 30 May 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ "Azərbaycanla oyun bizim üçün çox vacibdir".
"Report"un məlumatına görə, bunu Şimali İrlandiya milli komandasının baş məşqçisi Maykl O`Nil Azərbaycan yığması ilə Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib. 48 yaşlı mütəxəssis bu görüşdə 3 xal qazanmalı olduqlarını bildirib: "Hazırda Azərbaycanı 3 xal, səfərdə Norveçlə qarşılaşacaq Çexiyanı isə 2 xal qabaqlayırıq. Rəqibimiz qrupda vəziyyətini yaxşılaşdırmaq üçün xallar qazanmaq istəyir. Amma biz qələbə qazanmasaq, hazırkı mövqeyimizi qoruya bilməyəcəyik. Özümüzdən aşağı pillələrdəki komandalarla xal fərqini saxlamalı və mümkün qədər daha yaxşı oynamalıyıq. Almaniyanın San Marino ilə görüşdə 3 xal qazanacağını nəzərə alsaq, Azərbaycanla oyunda 3 xal bizim üçün qrupdakı impulsu qorumaq baxımından da önəmlidir".
Qeyd edək ki, Şimali İrlandiya ilə görüş iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Hazırda C qrupuna 15 xalla Almaniya başçılıq edir. Şimali İrlandiya 10 xalla 2-ci, Çexiya 8 xalla 3-cü, Azərbaycan 7 xalla 4-cü, Norveç 3 xalla 5-cidir. Son pillədəki San Marino xalsızdır.  

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/simali-i-rlandiya-yigmasinin-bas-mesqcisi-azerbaycan-millisine-qalib-gelmesek-hazirki-movqeyimizi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR