Bakıda dəhşətli qəza: polis maşını ilə "Porsche" toqquşdu: 1 polis öldü, digərləri yaralandı - FOTO

Bakıda dəhşətli qəza: polis maşını ilə "Porsche" toqquşdu: 1 polis öldü, digərləri yaralandı - FOTO
11:32 30 May 2017
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis avtomobili minik maşını ilə toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail Rayon Polis İdarəsinə məxsus "Fiat Doblo" markalı avtomobil "Porsche" markalı maşınla toqquşub.
 
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
Qeyd edək ki, qəzanın görüntülərini Orxan Məmmədli adlı Facebook istifadəçisi öz səhifəsində paylaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR