Bakıda polis avtomobili qəzaya düşdü

Bakıda polis avtomobili minik avtomobili ilə toqquşub.

Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Səbail Rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı avtomaşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın görüntülərini Orxan Kərimov adlı “Facebook” istifadəçisi öz səhifəsində paylaşıb. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR