Dilçilik İnstitutu: "Dil pozuntularının bir qismi sözlərinin sırasının pozulması ilə bağlıdır"

Dilçilik İnstitutu: "Dil pozuntularının bir qismi sözlərinin sırasının pozulması ilə bağlıdır"
11:42 30 May 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ "Dil pozuntularının bir qismi sözlərinin sırasının pozulması ilə bağlıdır".
"Report" xəbər verir ki, bunu Dilçilik İnstitutun direktoru Möhsüm Nağısoylu "Telekanalların dil mənzərəsi" mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sözlərin yazılışı ilə bağlı pozuntulara da tez-tez rast gəlinir: "Dil pozuntularının qarşısını almaq üçün ilk olaraq məsuliyyətli və peşəkar olmaq, ana dilini sevmək və qorumaq lazımdır. Dil xalqın mənəvi sərvətidir, sərvəti isə qorumaq lazımdır".
İnstitutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, hazırda əvvəllər çox rast gəlinən bir sıra çatışmazlıqlar artıq aradan götürülüb: "Hazırda başqa dillərdən lüzumsuz sözlərin dilimizə gəlməsi, türk intonasiyası nda tələffüzün formalaşması böyük problemlərdəndir".
Şöbə müdirinin sözlərinə görə, institutun monitoriqlər aparılmasında məqsədi Azərbaycan dilinə xidmət etməkdir: "Bizim məqsədimiz hər hansı aparıcının səhvini tutmaq deyil".
S.Əliyeva qeyd edib ki, bu monitorinqdən sonra yenidən televiziya jurnalistləri üçün treninqlər keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/dilcilik-i-nstitutu-dil-pozuntularinin-bir-qismi-sozlerinin-sirasinin-pozulmasi-ile-baglidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR