Elman Rüstəmov: "İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük"

Elman Rüstəmov: "İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük"
11:52 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ "İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük". “Report”un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
E.Rüstəmovun sözlərinə görə, bugünkü iqtisadi çərçivə bunu deməyə əsas verir. Sədr deyib ki, Azərbaycan Beynəlxalq Bankının xarici borcunun restrukturizasiya planının manatın möhkəmlənməsinə təsiri yoxdur: "Restrukturizasiya planında bütün mümkün variantları nəzərə almışıq".
E.Rüstəmov keçirilən valyuta hərraclarının sayında da azalma olmayacağını deyib: "İlin əvvəlindən depozit və not portfelində hər hansı dəyişiklik yoxdur. Faktiki olaraq ilin əvvəlindən pul siyasətini daraltmamışıq. Faktiki daraltdığımız 800 mln. manata yaxın vəsaiti iqtisadiyyata qaytarırıq".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/elman-rustemov-i-lin-sonuna-qeder-manatin-ucuzlasmasi-risklerini-gormuruk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR