Sınaq imtahanında test tapşırıqlarının doğru cavabları AÇIQLANDI

Sınaq imtahanında test tapşırıqlarının doğru cavabları AÇIQLANDI
11:52 30 May 2017
210 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi mayın 27-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunan test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

Milli.Az xəbər verir ki, DİM-dən APA-ya verilən xəbərə görə, abituriyentlər test tapşırıqlarının doğru cavab etalonları ilə http://tqdk.gov.az/exam/pretest/ ünvanından tanış ola bilərlər.
 
Qeyd edilib ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR