Azərbaycanın 6 telekanalında ədəbi dil normalarının pozulmasını yoxlamaq məqsədilə monitorinq aparılır

Azərbaycanın 6 telekanalında ədəbi dil normalarının pozulmasını yoxlamaq məqsədilə monitorinq aparılır
11:57 30 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ "Ölkədə ədəbi dil normalarının pozulmasını yoxlamaq məqsədilə 6 televiziya kanalı monitorinqə cəlb olunub".
"Report" xəbər verir ki, bunu Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva "Telekanalların dil mənzərəsi" mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, budəfəki monitorinqə dövlət televiziyası da cəlb olunub: "Monitorinqə AZTV, İTV, "Space", "Lider", "Xəzər" və ATV daxil edilib. Həm xəbər, həm də əyləncə verilişləri tədqiqata cəlb olunub". 
Mütəxəssis bildirib ki, dillə bağlı bəzi televiziya verilişlərində vəziyyət yaxşılaşsa da, bəzi qüsurlar hələ də müşahidə olunmaqdadır: "Əyləncə verilişlərində isə vəziyyət demək olar dəyişmir".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanin-6-telekanalinda-edebi-dil-normalarinin-pozulmasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR