AÇIQLAMA: Biznesin yoxlanılması 1000 dəfədən çox azalıb

AÇIQLAMA: Biznesin yoxlanılması 1000 dəfədən çox azalıb
12:01 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılması min dəfədən çox azalıb.

Trend-in məlumatına görə, bunu “İqtisadi islahatlar: nəticələr və məsləhətlər” mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, son 19 ay ərzində cəmi 89 yoxlama həyata keçirilib. Daha əvvəl analoji dövr ərzində isə keçirilən yoxlamaların sayı 99 minə bərabər olmuşdu.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2760393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR