Azərbaycandakı sənaye parklarına 2 mlrd. dollar investisiya yatırılacaq

Azərbaycandakı sənaye parklarına 2 mlrd. dollar investisiya yatırılacaq
12:12 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycandakı sənaye parklarına indiyə qədər 800 mln. ABŞ dollarından artıq investisiya qoyulub.
“Report”un məlumatına görə, bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu yatırımlar 5 mindən çox yeni iş yerinin açılmasına səbəb olub: “Bundan sonra sənaye parklarına 1,1 mlrd. dollar investisiya qoyulacağını və daha 7 min yeni iş yerinin açılacağını proqnozlaşdırırıq". 
"Sənaye parkları ilə yanaşı, Azərbaycanda aqroparklar da yaradılır. Ümumilikdə, ölkənin 25 rayonunda 150 hektar sahəni əhatə edən 35 aqroparkın yaradılması nəzərdə tutulub. Bunlardan bir neçəsi artıq fəaliyyətə başlayıb”, - deyə S.Babayev qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycandaki-senaye-parklarina-2-mlrd-dollar-investisiya-yatirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR