Azərbaycan Qran Prisi iştirakçılarının Bakıya gəlmə vaxtı açıqlanıb

Azərbaycan Qran Prisi iştirakçılarının Bakıya gəlmə vaxtı açıqlanıb
12:12 30 May 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisində iştirak edəcək komandalar iyunun 19-dan etibarən Bakıya gələcəklər. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.
O deyib ki, iyunun 21-də pilotlar, xarici mətbuat nümayəndələri, Formula 1 rəhbərliyi və digər rəsmi şəxslər Bakıda olacaqlar. 
Qeyd edək ki, iyunun 23-də pilotların sınaq yürüşləri, ertəsi gün sıralama turu, iyunun 25-də isə yarış olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-qran-prisinin-istirakcilarinin-bakiya-gelme-vaxti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR