Moskvada Rusiya Mərkəzi Bankının binasından 11 milyon rubl oğurlanıb

Moskvada Rusiya Mərkəzi Bankının binasından 11 milyon rubl oğurlanıb
12:17 30 May 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Moskvada naməlum şəxs Rusiya Mərkəzi Bankının binasında 11 milyon rubldan çox vəsait oğurlayıb.
"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Moskva" agentliyi məlumat yayıb.
Oğru məkana pəncərədən girib. Oğurlanmış pul Mərkəzi Bankda sektor müdirinə məxsus olub.
Faktla bağlı külli miqdarda vəsaitin oğurlanması maddəsi üzrə cinayət işi başladılıb.
Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, cinayətkarın kimliyinin müəyyənləşməsi yolunda addımlar atılır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/moskvada-rusiya-merkezi-bankinin-binasindan-11-milyon-rubl-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR