Dağıstanda Rusiya CHD-nin terrorla mübarizə bölməsində qəfil yoxlama keçirilib

Dağıstanda Rusiya CHD-nin terrorla mübarizə bölməsində qəfil yoxlama keçirilib
12:27 30 May 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Dağıstanda Rusiya Cənub Hərbi Dairəsinin motoatıcı alayının terrorla mübarizə bölməsinin qəfil yoxlaması keçirilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, CHD-nin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev qəfil yoxlamaya təxminən 100 hərbçinin və 5 hərbi texnikanın cəlb edildiyini bildirib.
O, hərbçilərin Buynaksk şəhərində və Qerey-Avlak qəsəbəsində silah-sursat anbarını və döyüş nəqliyyat vasitələri parkını ələ keçirmək məqsədilə hərbi şəhərciyə soxulmuş şərti düşmənin qarşısının alınması üzrə təlimləri yerinə yetirdiklərini əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dagistanda-rusiya-chd-nin-terrorla-mubarize-bolmesinin-qefil-yoxlamasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR