Sabiq deputatın ailəsində faciə: Lamiyə özünü 8-ci mərtəbədən atdı - FOTO

Sabiq deputatın ailəsində faciə: Lamiyə özünü 8-ci mərtəbədən atdı - FOTO
12:32 30 May 2017
435 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda gənc qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.

Milli.Az missiya.az-a istinadən xəbər verir ki, özünü 8-ci mərtəbədən yerə atan 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova sabiq deputat Fərhad Qəribovun qardaşı qızıdır. 

Qadının əmisi Fərhad Qəribov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.

L.Qəribova bu gün dəfn olunub. Yas mərasimində Fərhad Qəribov da iştirak edib.

Xatırladaq ki, hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb. O, yerindəcə keçinib. L.Qəribova iki uşaq anasıdır.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR