Tut yeməyə çıxmışdı... öldü - FOTOLAR

Tut yeməyə çıxmışdı... öldü - FOTOLAR
12:33 30 May 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Hadisə Türkiyənin Aydın Söke bölgəsində qeydə alınıb.

Publika.az xəbər verir ki, 45 yaşlı Fəthi Aratəmir tut yemək üçün ağacın yaxınlığındakı 5 metr hündürlüyü olan tikilinin damına çıxıb. Dam örtüyünün qırılması ilə 5 metr hündürlükdən beton zəminə düşən kişi hadisə yerində dünyasını dəyişib.

Ailəsi axşam evə gəlməyən Fethini axtarmağa başlayıb. İki gün sonra kişinin cəsədini tut ağacının altında tapıblar.

Meyit ekspertizaya göndərilib. İlkin ehtimallara görə, kişi başı üzərinə yıxıldığı üçün ölüb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR