Nazirlik səyahət edən vətəndaşlara müraciət etdi

Nazirlik səyahət edən vətəndaşlara müraciət etdi
12:48 30 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyi səyahət edən vətəndaşlara müraciət edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, səfərə çıxan vətəndaşlar turizm şirkətlərindən turist vauçeri və müqavilə tələb etməlidirlər.

Məlumatda deyilir: "Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə, eləcə də ölkə daxilində turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır. Bununla əlaqədar əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” qanunun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Vətəndaşlar turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyi halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərlər".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/200654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR