"Roma" baş məşqçisi ilə yollarını ayırdı

"Roma" baş məşqçisi ilə yollarını ayırdı
12:52 30 May 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Roma" baş məşqçisi Luçano Spaletti ilə yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat verib.

"Spalettinin rəhbərliyi altında "Roma" tarixində ən bol qollu mövsümü geridə qoydu. Ona gələcəkdə uğurlar arzulayırıq" - klubun prezidenti Ceyms Palotta deyib.

Spaletti ötən mövsüm komandanı A Seriyasının 2-ci etməklə Çempionlar Liqasının qrup mərhələsinə çıxarmağı bacarıb.Təcrübəli mütəxəsisin "İnter"lə razılığa gələcəyi gözlənilir. "Roma"nın yeni çalışdırıcısı isə gənc məşqçi Eusebio Di Françesko olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR