Dünya alimləri bizim regionun potensialını yüksək qiymətləndirirlər

Dünya alimləri bizim regionun potensialını yüksək qiymətləndirirlər
12:57 30 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniyanın sədrliyi ilə Berlin şəhərində keçirilən Böyük İyirmiliyin (G20) Beyin Sammitində Böyük İyirmliyin liderləri üçün konkret təkliflər paketi hazırlayır və indiyədək hazırlanan təkliflərin hər biri müzakirə edilib.

Bu barədə Milli.Az-a açıqlamasında Sammitdə Azərbaycanı təmsil edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı-alim Vüqar Bayramov bildirib.  

Onun sözlərinə görə, Sammitdə iqtisadiyyatın çox fərqli istiqamətləri ilə bağlı, o cümlədən inkluziv inkişaf, qlobal vergi sistemi və siyasəti, proteksionizm, qlobal maliyyə siyasəti, və stabilliyi, dayanıqlı inkişaf hədəfləri və hətta dinlərin inkişafda rolu kimi məsələlərə də toxunulub.



Azərbaycanlı tədqiqatçı müzakirələrdə çıxış edərək daha çox region və eləcə də bir sıra neftlə zəngin ölkələrdə yeni iqtisadi çağrışlar ilə bağlı məlumat verib: "Azərbaycan nümunəsində post-neft dövründə iqtisadiyyatın yeni neft qiymətlərinə transformasiyası ilə bağlı fiskal konsolidasiya və az volatilik islahatlar barədə fikirlərimi bölüşdüm. Çıxışlar zamanı gördüm ki, regiona maraq çox böyükdür. İştirakçılar Cənubi Qafqaz və Orta Asiya regionuna Rusiyanın maraqları sərhədində yerləşən, amma yüksək potensiala malik olan region kimi baxırlar. Sammitdə hazırlanan təkliflər bu il iyulun 7-8-də Hamburq şəhərində keçirilən Zirvə Görüşündə birbaşa dünya liderlərinə təqdim ediləcək".

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

Qeyd edək ki, Almaniyanın paytaxtı Berlin şəhərində Böyük İyirmiliyin (G20) Beyin Sammiti keçirilir. Sammitdə qlobal iqtisadi sistemin üzləşdiyi problemlər, o cümlədən enerji və valyuta bazarlarındakı vəziyyət, sosial və vergi siyasətləri, aqrar məsələlər və proteksionizm, qlobal maliyyə sistemi, Türkiyə-Avropa Birliyi münasibələtləri kimi məsələlər mövzular müzakirə edilir.

G20 Beyin Sammitində Azərbaycanı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı-alim Vüqar Bayramov təmsil edir. O, Sammitdə qlobal enerji, maliyyə bazarları ilə bağlı təşkil edilən müzakirələrdə iştirak edir.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR