Dil normalarını pozan telekanallar CƏRİMƏLƏNƏCƏK

Dil normalarını pozan telekanallar CƏRİMƏLƏNƏCƏK
12:58 30 May 2017
Ölkə mətbuatı
A- A+

Dil normalarını pozanlara qarşı cəza mexanizmləri hələ hazır deyil. Yaxın zamanda bu istiqamətdə işləməyə başlayacağıq.

Publika.az xəbər verir ki, bu sözləri Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva dil normalarını pozanlara qarşı cərimələrin müəyyən edilməsi tələblərindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırlanacaq tələblər həm yazılı, həm də reklamların dilində səhvlərə tətbiq ediləcək: “İlk növbədə cərimə yox, xəbərdarlığın edilməsini tövsiyə edəcəyik. Bəzən verilişlərin adında hərif səhvləri olur, bununla bağlı lazımi telekanala müraciət edirik, onlar da aradan qaldırır”.

Telekanalların cərimələrlə razılaşmamasına gəldikdə, S.Əliyeva bunun mümkün olmadığını dedi: “Telekanaların səhvlərə görə cərimələrə etiraz edə bilməz. Yəni digər sahədə səhv edən cərimə olunursa, dil qaydasını pozanların cərimələnməsi qaçılmaz olacaq. Cəriməni hansı qurumun tətbiq edəcəyi hələ ki, bəlli deyil”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/200656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR