Rüfət Aslanlı: “Kredit aktivliyi ilə bağlı dəqiq rəqəmlər açıqlamağa hazır deyilik”

Rüfət Aslanlı: “Kredit aktivliyi ilə bağlı dəqiq rəqəmlər açıqlamağa hazır deyilik”
13:17 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda kreditləşmə ilə bağlı ilin sonuna qədərki vəziyyət barədə proqnozlarını açıqlayıb.
“Report”un məlumatına görə, sədr bildirib ki, kredit aktivliyi əsasən iki amildən asılıdır: “Bunlardan biri faiz dərəcələri və pulun dəyərini müəyyən edən digər meyarlardır. Digər amil isə institusional şərait, yəni kreditlə bağlı girov mexanizmləridir". 
"Hələ ki, kredit aktivliyi ilə bağlı dəqiq rəqəmlər açıqlamağa hazır deyilik, amma ümid edirik ki, ilin sonuna qədər kredit aktivliyinin bərpa olunması üçün baza formalaşacaq”, - deyə R.Aslanlı əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/r-aslanli-kredit-aktivliyi-ile-bagli-deqiq-reqemler-aciqlamaga-hazir-deyilik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR