EBRD: Mərkəzləşdirilmiş agentliklərin yaradılmasına ehtiyac var

EBRD: Mərkəzləşdirilmiş agentliklərin yaradılmasına ehtiyac var
13:17 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcminin nəzərəçarpacaq dərəcədə artırılması üçün mərkəzləşdirilmiş agentliklərin yaradılmasına ehtiyac var.
“Report”un məlumatına görə, bunu bu gün Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyyələr” mövzusunda keçirilən konfransda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin rəhbəri xanım İvana Duarte deyib.
Onun sözlərinə görə, bu agentliklərin köməyi ilə xarici investorlarla əlaqələr qurmaq, onları ölkə iqtisadiyyatına cəlb etmək olar: “Mərkəzi Avropa ölkələrində bu təcrübə özünü doğruldub”.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/ebrd-merkezlesdirilmis-agentliklerin-yaradilmasina-ehtiyac-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR