Şagirdlərin davamiyyəti ilə bağlı SMS-xidmət dayandırılır - SƏBƏB

Şagirdlərin davamiyyəti ilə bağlı SMS-xidmət dayandırılır - SƏBƏB
13:27 30 May 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

İyul ayından etibarən uşaqların məktəbdə davamiyyəti barədə valideynlərə SMS-bildirişlərin verilməsi xidməti müvəqqəti dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə "Mobile Solutions&Marketing Technologies" şirkətindəki mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, xidmət yay tətili ilə əlaqədar dayandırılır.

Mənbə bildirib ki, məktəblərdə tədris ili iyunun 14-ü başa çatsa da, yekun imtahanların qiymətləri də elektron gündəliyə yazılacaq:

"Bununla əlaqədar olaraq xidmət iyunun sonunadək aktiv olacaq. Daha sonra xidmət yeni tədris ilinin başlanğıcınadək dayandırılacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR