Cenevrədə keçirilən beynəlxalq silahsızlaşdırmaq üzrə
konfransda Şimali Koreya nümayəndəsi ABŞ-ı hədələyib.
Publika.az xəbər verir ki, Pxenyanın nümayəndəsi ABŞ-ın
Şimali Koreyanı əsassız yerə təcrid etdiyini, ballistik raketlər və
nüvə sınaqlarına haqqı olmadan qarışdığını deyib. Əlavə edib ki,
ABŞ-ın təzyiqləri artdıqca, Pxenyan silah arsenalının
müasirləşdirilməsini ikiqat artıracaq.
“ABŞ-ın sübutsuz davranışı və onların müttəfiqləri bizim
özünümüdafiəmizin qanuniliyini inkar edir. Lakin bu, bizim nüvə
potensialımızı və silah arsenalımızı iki qat artırmağa məcbur
edəcək”, - deyə Şimali Koreya nümayəndə heyətinin üzvü
bildirib.
Qeyd edək ki, ABŞ Şimali Koreyanın ballistik raket sınaqlarını,
həmçinin, nüvə potensuialını dünya üçün təhlükə adlandıraraq,
Koreya yarımadasına qoşun yeridib. Hazırda qarşıdurma davam
edir.
Asif