Qlobal korrupsiyanın illik həcmi 2 trln. dollara çatır

Qlobal korrupsiyanın illik həcmi 2 trln. dollara çatır
13:42 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Dünya miqyasında korrupsiyanın illik həcmi 1,5-2 trln. ABŞ dolları və ya qlobal iqtisadiyyatda payı 2% təşkil edir. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) "Korrupsiya: problemin miqyası və zəiflədilməsi strategiyaları" adlı məruzəsində qeyd olunub. 
Məruzədə həmçinin bildirilir ki, korrupsiya iqtisadi artıma yavaşladıcı təsir edir, ÜDM artımında müsbət dinamikanın əsas amillərini bloklayıcı rol oynayır. IMF korrupsiyanın iqtisadi qeyri-sabitlik, yüksək inflyasiya, iqtisadiyyatda nisbətən zəif investisiyalara səbəb olduğunu xatırladıb. Antikorrupsiya strategiyaları arasında Fond şəffaflığın yayılması ilə bərabər iqtisadiyyatın korrupsiyaya bulaşmamış sektorlarının qorunmasını tövsiyə edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qlobal-korrupsiyanin-hecmi-2-trln-dollara-catir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR